QR CodeQR Code

Parisdə Kerri-Lavrov görüşü başlayıb

31 Mar 2014 01:52

IslamTimes - Parisdə ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında tələsik təşkil edilən görüş başlayıb.


Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, görüş Rusiyanın Fransadakı səfirinin rezidensiyasında keçirilir.
Görüşdən öncə Lavrov Moskvanın neytral və federativ Ukraynanın tərəfdarı olduğunu, ölkənin bu şərtlərə uyğun gələn yeni konstitusiyasının hazırlanmasının zəruriliyini bəyan edib.
ABŞ isə bu ərəfədə Rusiyadan Ukrayna ilə sərhəd boyu qoşun yığmağı dayandırmağı tələb edib.


Story Code: 367454

News Link :
https://www.islamtimes.org/az/news/367454/parisdə-kerri-lavrov-görüşü-başlayıb

Islam Times
  https://www.islamtimes.org