0
Monday 31 March 2014 - 09:30

"Rusiya Ukrayna ilə sərhəddə gərginlik yaranmasında maraqlı deyil"

Story Code : 367482
"Rusiya Ukrayna ilə sərhəddə gərginlik yaranmasında maraqlı deyil"
Rusiya və ABŞ prezidentlərinin telefon danışığından sonra baş tutan görüşdə Ukraynada yaranmış vəziyyət əsas müzakirə mövzusu olub.
S.Lavrov bildirib ki, onun ölkəsi Ukrayna ilə sərhəddə gərginliyin yaradılmasında maraqlı deyil. Şərqi Ukraynada rus dilli icma çoxluq təşkil etdiyi üçün bu ölkədə federal dövlətin yaradılması vəziyyətdən yeganə çıxış yoludur.
C.Kerri ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.
Görüşdə, Ukraynaya beynəlxalq müşahidəçilərin göndərilməsi ətrafında fikir mübadiləsi aparılıb, problemin həlli ilə bağlı intensiv görüşlərin keçirilməsinin vacibliyini vurğulanıb. /AzərTAC/
Comment