0
Monday 31 March 2014 - 16:51

İranın ali dini lideri 920 məhbusu əfv edib

Story Code : 367633
İranın ali dini lideri 920 məhbusu əfv edib
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani 1 aprel - Respublika Günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Məktubda 920 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib. İranın ali dini lideri təklifi qəbul edib.
Qeyd edək ki, 1979-cu il aprelin 1-də İranda ümumxalq səsverməsi (referendum) keçirilib və ölkənin adı İran İslam Respublikası olaraq dəyişdirilib.
Comment