QR CodeQR Code

Ayətullah Xameneidən məhbus ailələrinə bayram hədiyyəsi

10 Sep 2010 13:14

IslamTimes - İranın ali rəhbəri Seyid Əli Xamenei Ramazan bayramı münasibəti ilə bir qrup məhbusun azadlığı və cəzasının yüngülləşdirilməsi barədə fərman imzalayıb.


APA-nın “İRİNN”ə istinadən verdiyi məlumata görə, İranın məhkəmə sisteminin rəhbəri Amoli Laricani tərəfindən ali dini rəhbərə ünvanlanmış əfv haqqında müraciətdə bildirilir ki, İran İslam Respublikası Konstitusiyasının 718, 719 və 291-ci maddələrini rəhbər tutaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə davranışlarını nəzərə alaraq, cəzadan azad edilməsinə münasibətinizi bildirsin. İranın ali dini rəhbəri Ramazan bayram münasibəti ilə bir qrup məhbus haqda ona ünvanlanmış müraciətə baxaraq müvafiq fərmanı imzalayıb.


Story Code: 36783

News Link :
https://www.islamtimes.org/az/news/36783/ayətullah-xameneidən-məhbus-ailələrinə-bayram-hədiyyəsi

Islam Times
  https://www.islamtimes.org