QR CodeQR Code

Yunanıstanda keçirilən etiraz aksiyası zorakılıqlarla yadda qalıb

2 Apr 2014 15:25

IslamTimes - Yunanıstanda Avropanın sərt maliyyə tədbirlərinə qarşı çıxan fəalların etiraz yürüşləri sonda zorakılıqlarla yadda qalıb.


Paytaxt Afinada baş tutan aksiyaya minlərlə fəal qatılıb. Etirazçılar avroqrup nümayəndələrinin Yunanıstanda maliyyə islahatları planlarına qarşı şüarlar səsləndiriblər. Daha sonra bir qrup fəal parlament binasına girməyə cəhd edib.
Təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi isə tərəflər arasında qarşıdurmalara səbəb olub. Etirazçılar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis isə gözyaşardıcı qazlarla askiyanı dağıtmağa çalışıb.
Ötən gün Avroqrup ölkələrinin maliyyə nazirləri Afinada rəsmilərlə görüşlərdə Yunanıstana növbəti kredit tranşının köçürülməsi məsələsini müzakirə ediblər.
Görüşlərin yekunu olaraq Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasından təşkil olunan troyka rəsmiləri rəsmi Afinanın borcla təmin olunmasına razılıq veriblər. /anspress/


Story Code: 368178

News Link :
https://www.islamtimes.org/az/news/368178/yunanıstanda-keçirilən-etiraz-aksiyası-zorakılıqlarla-yadda-qalıb

Islam Times
  https://www.islamtimes.org