QR CodeQR Code

İsrail prezidenti Peres: İranın dini lideri bütün ümidlərmizi alt-üst etdi

Islamtimes , 2 Apr 2014 11:09

Islamtimes - İşğalçı İsrail rejiminin prezidenti Peres Avstriyaya məxsus qəzetlərdən birinə verdiyi müsahibəsi zamanı İranın nüvə enerji proqramı və beynəlxalq ictimaiyyət ilə mövcud olan nüvə müzakirələrinə toxunub.


İşğalçı İsrail rejiminin prezidenti Şimon Peres Avstriyaya etdiyi səfər zamanı bu ölkədə dərc edilən “Der Standard” qəzetinə müsahibə vermiş və İran haqqında və nüvə müzakirələri barəsində bəzi açıqlamalar etmişdir.

Peres Vyanada İran ilə Qərb arasında davam etdirilən nüvə müzakirələri məsələsinə toxunaraq deyib ki, İranın yeni prezidenti bu mövzuda bir az ümid verdi, ancaq İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xamenei isə bütün ümidləri puça çıxardı.

İşğalçı İsrail rejimin prezidenti daha sonra Avropa Birliyinin Tel Əviv əleyhinə bir qərar qəbul etməsini sülhün bərqərar olması yolunda bir cəhd kimi qiymətləndirmiş və Avropa Birliyinin bu qərar ilə İsraili cəzalandırmaq niyyətində olması iddialarına inanmadğını demişdir.

O deyib: “Avropa Birliyi əslində sülhü dəstəkləmək istəyir və biz bunu anlayırıq.”


Story Code: 368192

News Link :
https://www.islamtimes.org/az/news/368192/israil-prezidenti-peres-iranın-dini-lideri-bütün-ümidlərmizi-alt-üst-etdi

Islam Times
  https://www.islamtimes.org