QR CodeQR Code

Sabiq ABŞ senatoru: ABŞ Səudiyyə Ərəbistanın 11 sentyabr hadisəsindəki rolunu gizlətməyə çalışır

Islamtimes , 2 Apr 2014 11:58

İslamtimes - 11 Sentyabr araşdırmaları üzrə konqresdə yaradılmış komitənin rəhbəri vəzifəsində xidmət edən ABŞ-ın sabiq senatoru Bob Graham deyib ki, Səudiyyə Ərəbistanın 11 sentyabr hadisəsinə dəstəyi və maliyyə yardımı gizli saxlanılır.


Graham qeyd edərək bildirib: “Mən bugün bunu deməyə çox təəssüflənirəm ki, 12 ildən sonra bizim 28 səhifədən ibarət olan hazırladığımız hesabat ictimaiyyətdən gizli saxlanılır.”

Sabiq ABŞ senatoru əlavə edərək deyib ki, o ABŞ kəşfiyyatının hesabatı gizli saxlamasına səbəb kimi bu hesabatın aşkar edilməsinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziyan vurmasını iddia etməsi faktı onu şoka salıb.

“Mən 11 sentyabr hadisəsinin maliyyə cəhətindən baş tutmasına səbəbkarın kim olmasının Amerika xalqının bilməsinin bizim milli təhlükəsizlik maraqlarına təhdid olmasını bildikdə dəhşətə gəldim.”

Sabiq senator həmçinin deyib ki, Səudiyyə Ərəbistanın bu hücumda əlinin olması məsələsi ABŞ ictimaiyyətinin həmin ölkəyə baxışını dəyişə bilər.

Onun açıqlaması ABŞ prezidenti Barak Obamanın Vaşinqton və Riyad arasında mövcud olan əlaqələrin genişləndirilməsi və həmçinin Suriyada mövcud olan üsyançıları dəstəklədiyini bildirmək üçün Səudiyyə Ərəbistanın etdiyi səfər zamanı gəldi.


Story Code: 368204

News Link :
https://www.islamtimes.org/az/news/368204/sabiq-abş-senatoru-səudiyyə-ərəbistanın-11-sentyabr-hadisəsindəki-rolunu-gizlətməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org