0
Saturday 11 September 2010 - 17:44

Meksikada 85 məhbus həbsxanadan qaçıb

Story Code : 36836
Meksikada həbsxanadan 85 məhbus qaçıb
Meksikada həbsxanadan 85 məhbus qaçıb
"France-Presse" agentliyinin yaydığı məlumata görə, Meksikadakı həbsxanaların birindən 85 məhbus və iki gözətçi yoxa çıxıb. Ölkənin ABŞ-la sərhəd ərazisində yerləşən Reyzona şəhərindəki həbsxanada 85 məhbus iki nəzarətçinin köməyi ilə cəzaevindən qaçmağı bacarıb. Qeyd edək ki, hadisə ilə əlaqədar araşdırma aparan yerli polis, qaçış planın hazırlanmasında daha bir neçə nəzarətçinin də iştirak etdiyini açıqlayıb. Çünki məhbuslar həbsxanadan qaçan zaman heç bir qarşıdurma və toqquşma baş verməyib. /Faktxeber/
Comment