QR CodeQR Code

Rusiya İrandan 20 milyard dollarlıq neft alacaq

3 Apr 2014 09:32

IslamTimes - Rusiya və İran arasında neftin rus avadanlığına dəyişdirilməsi barədə danışıqlar gedir.


ANS PRESS-in məlumatına görə, sövdələşmə məbləği 20 milyard dollara bərabər ola bilər.
KİV-lərin yazdığına görə, danışıqlar zamanı İrandan Rusiyaya gün ərzində 500 min barrel neft ixracı müzakirə edilir. Xəbəri İranın Rusiyadakı səfiri Mehdi Sanai də təsdiq edib. Rusiya alacağı neftin əvəzinə metal və ərzaq göndərəcək. Hərbi texnikanın verilib-verilməyəcəyi isə dəqiq bildirilmir. Alqı-satqı bir neçə tranşda gerçəkləşdiriləcək ki, ilk tranş 6 - 8 milyard dollar arasında dəyişəcək.


Story Code: 368520

News Link :
https://www.islamtimes.org/az/news/368520/rusiya-irandan-20-milyard-dollarlıq-neft-alacaq

Islam Times
  https://www.islamtimes.org