QR CodeQR Code

İran tibb elmi sahəsində 238 ölkə içərisində ən yüksək yerlərdən birində qərar tutub

Islamtimes , 3 Apr 2014 14:42

İslamtimes - Bir sıra beynəlxalq elmi mərkəzlərin birgə təşkil etdiyi sonuncu statistik araşdırmanın nəticəsinə əsasən İran İslam Respublikası tibbi elm istehsalı sahəsində dünyada 18-ci yerdə dayanır.


İRNA xəbər agentliyi İranın Səhiyyə Nazirliyinin Təhsil üzrə rəhbər müavini Əmir Möhsün Ziayeyə istinad edərək verdiyi məlumata əsasən İran tibbi elm istehsalı sahəsində 238 ölkə ilə müqayisədə yüksək mövqedə dayanır.

2000-ci ildə İran İslam Respublikası bir sıra yüksək səviyyəli tibbi nailiyyətlər sahəsində dünyada 53-cü yerdə qərar tutmuş, ancaq 2011-ci ildə bir qədər irəliləyərək 23-cü yerdə qərar tutmuşdur.

Ancaq son bir neçə illər ərzində İran tibb sahəsində daha da inkişaf etmişdir.
İran həmçinin Tomson Reuters tərəfindən açıqlanan statistikaya əsasən 2013-cü ildə elm nailiyyətlər baxımından 20-ci yerdə qərarlaşmışdır.


İranın 2009-cu ildəki elm və texnalogiya səhəsində inkişafı qlobal səviyyədə çox yüksək dərəcədə olmuşdur, bu da dünya səviyyəsi ilə müqayisədə 11 dəfə daha sürətlidir.


Story Code: 368639

News Link :
https://www.islamtimes.org/az/news/368639/iran-tibb-elmi-sahəsində-238-ölkə-içərisində-ən-yüksək-yerlərdən-birində-qərar-tutub

Islam Times
  https://www.islamtimes.org