0
Thursday 3 April 2014 - 15:04

Əsəd: Suriya xalqının terrorizm üzərində qələbə çalmasından başqa çıxış yolu yoxdur

Story Code : 368657
Əsəd: Suriya xalqının terrorizm üzərində qələbə çalmasından başqa çıxış yolu yoxdur
Əsəd: Suriya xalqının terrorizm üzərində qələbə çalmasından başqa çıxış yolu yoxdur
Serqey Stepaşinin rəhbərlik etdiyi Rusiyada mövcud olan Ortodoksal Fələstin Cəmiyyətinin nümayəndə heyəti ilə görüşən Əsəd deyib ki, yeni dünya beynəlxalq ədaləti ələ gətirir və müstəqillik və suverenliyə bağlı olan xalqların maraqlarına xidmət edir.

Stepaşin prezident Bəşər Əsədə rusiyalı tərəf müqabili Vladimir Putinin mesajını çatdırmış və məktubda Rusiya prezidenti bəzi qərb dövlətlərinin dəstəklədiyi beynəlxalq terrorizmə qarşı həmişə Suriya xalqının yanında olacağını bildirib.

Prezident Əsəd qeyd edərək bildirib ki, Suriya xalqının ekstremizm və terrorizm ilə mübarizədə qələbə qazanmaqdan başqa yolu yoxdur.

Stepaşin isə öz növbəsində ölkəsinin Suriya xalqını qətlə yetirən terrorçu qrupları qınadığını bildirib. Sonuncu belə terror hücumu Kasab ərazisinə olmuşdur. Ortodoksal Fələstin Cəmiyyəti həmçinin bildirib ki, onlar Kasab xalqına humanitar yardım göndərməyə hazırlaşırlar.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan ekstremist üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə zamanı xeyli dinc insanı qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regioanal müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Comment