QR CodeQR Code

“Droqba əvvəlki gücdə deyil, getsin”

3 Apr 2014 16:55

IslamTimes - "Qalatasaray"ın Didye Droqbanı mövsümün sonunda göndərə bilər.


Baş məşqçi Roberto Mançini forvardı komandada görmək istəmir. 
Türkiyə mətbuatı iddia edir ki, məşqçi klub prezidenti Ünal Aysalla görüşdə hücumçunun "Cim-Bom"dakı taleyini müzakirə edib. Aysal Mançiniyə Droqba ilə müqaviləni yeniləmək istədiklərini deyib. Mançini isə futbolçunun qol vurmaqda çətinlik çəkdiyini və artıq əvvəlki gücündə olmadığını bildirib. Bu səbəbdən o, Droqbanın klubdan ayrılmasını daha düzgün hesab edib. 49 yaşlı çalışdırıcıgənc futbolçulardan ibarət komanda yaratmaq istədiyini qeyd edib.
Qeyd edək ki, Droqbanın "Qalatasaray"la müqaviləsi mövsümün sonuna qədərdir.


Story Code: 368726

News Link :
https://www.islamtimes.org/az/news/368726/droqba-əvvəlki-gücdə-deyil-getsin

Islam Times
  https://www.islamtimes.org