QR CodeQR Code

Rusiyadan Türkiyəyə xəbərdarlıq

4 Apr 2014 12:12

IslamTimes - Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni Montro Boğazlar Müqaviləsinin şərtlərinə riayət etməyə çağırıb.


Lavrov Moskvada qazaxıstanlı həmkarı Yerlan İdrisovla görüşdən sonrakı mətbuat konfransında sualları cavablandırıb. Jurnalistin ABŞ hərbi gəmilərinin Qara dənizdə qalma müddətinin bitməsi ilə bağlı sualına cavab verən Lavrov bunları deyib: "Montro Boğazlar Müqaviləsində Qara dənizdə sahili olmayan ölkələrə aid hərbi gəmilərin miqdarı və qalma müddəti ilə bağlı şərtlər var. Son dövrlərdə ABŞ gəmiləri ilk dəfədir ki, göstərilən müddəti keçib. Bu müqavilənin şərtləriinə uyğun olmalıdır. Biz bunu ABŞ və Türkiyənin diqqətinə çatdırdıq". /Avropa.info/


Story Code: 368928

News Link :
https://www.islamtimes.org/az/news/368928/rusiyadan-türkiyəyə-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org