0
Friday 4 April 2014 - 13:28

İsrailin Dəmir Qübbə müdafiə sistemi həqiqətdə deyilən kimi deyil

Story Code : 368965
İsrailin Dəmir Qübbə müdafiə sistemi həqiqətdə deyilən kimi deyil
İsrailin Dəmir Qübbə müdafiə sistemi həqiqətdə deyilən kimi deyil
İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Huseyn Nəqəvi Huseyni çərşənbə axşamı günü deyib: “İsrail rejiminin hərbi gücü haqqında etdiyi şişirtmə iddialar sadəcə regionu təsir altında saxlamaqdan ibarətdir.”

Nəqəvi Huseyni deyib: “Sionist rejim bu açıqlamaları etməklə rəqib və düşmənlərini zəiflətmək istəyir, ancaq Hizbullah ordusunun bu cür yalanlardan heç bir qorxusu yoxdur.”

Çərşənbə axşamı günü yayılan məlumatda deyilirdi ki, İsrailin Dəmir Qübbə müdafiə sistemi Cənubi Neqevdə yerləşən Qırmızı Dəniz kurort ərazisi olan Eilat şəhərindən atılan iki raketin qarşısını alıb.

Ancaq daha sonra ordu etiraf edərək bildirib ki, həqiqətdə şəhər yaxınlığında yerləşən Dəmir Qübbə müdafiə sistemində baş verən texniki nasazlıq səbəbindən həyacan siqnalı işə düşmüşdür.

İsrail ordusu ilk öncə əraziyə raket hücumunun olması haqqında fikirləşmişdir.

İsrailə məxsus xəbər agentlikləri məlumat yayaraq bildirib ki, şəhərə enməyə hazırlaşan təyyarə də həmçinin hadisə həll edilməyən qədər əraziyə enməyə icazə verməyiblər.

Dəmir Qübbə müdafiə sistemi ABŞ-ın maliyyə yardımı vasitəsilə qurulub. 2012-ci ilin may ayında ABŞ nümayəndələr palatası İsraildə Dəmir Qübbə raketdən müdafiə sisteminə və uzaq mənzilli raket sisteminə 947 milyon dollar vəsait ayırmışdır.

İranlı millət vəkili əlavə edərək deyib ki, İsrailin sonuncu hərbi testi sübut etdi ki, Dəmir Qübbə əvvəlcə güman edildiyindən daha zəifdir və raket zərbələrinin qarşısını almağa qadir deyil.
Source : Islamtimes
Comment