QR CodeQR Code

ABŞ hərbiçilərinin intihar halları artmaqda davam edir

12 Sep 2010 15:48

IslamTimes - ABŞ hərbi qüvvələrində intihar hallarının sayı ölkədə ümumi intihar hallarının sayını ötüb.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyi bu tendensiyanı azaltmaq üçün milli alyansa qoşulur. Müdafiə naziri Robert Geyts dünən bildirib ki, nazirliyin əsas vəzifəsi ölkəni müdafiə edənlərin qayğısına qalmaq üçün əlindən gələni etməkdir. Nazir Geyts və səhiyyə və humanitar xidmətlər naziri Katlin Sebelius Milli Mətbuat Klubunda intihar hallarının qarşısını almağa dair Milli Aksiya Aliyansı qarşısında çıxış ediblər. Müdafiə Nazirliyinin xüsusi şöbəsi müəyyən edib ki, hərbi qüvvələrdə intihar hallarının faizi ötən beş il ərzində artmaqda davam edərək, ölkədə intihar hallarının sayını ötüb. Ölkədə intihar hallarının sayı orta hesabla hər 100 000 nəfərə 11.1 nisbətindədir. Hərbi qüvvələrdə isə ötən il ərzində 309 nəfər intihar edib. Bu hər 100 000 nəfərə 12.5 intihar halı deməkdir.


Story Code: 36899

News Link :
https://www.islamtimes.org/az/news/36899/abş-hərbiçilərinin-intihar-halları-artmaqda-davam-edir

Islam Times
  https://www.islamtimes.org