0
Friday 4 April 2014 - 19:02

ABŞ Çinə xəbərdarlıq etdi

Story Code : 369147
ABŞ Çinə xəbərdarlıq etdi
"IslamTimes" "PressTV"yə istinadən xəbər verir ki, ABŞ xarici işlər nazirinin köməkçisi Daniel Rasel bildirib ki, Vaşinqton Asiyadakı müttəfiqləri qarşısındakı öhdəliklərinə əməl edəcək. O deyib: "ABŞ və onun müttəfiqləri narahatdır ki, Çin Krımın Rusiyaya birləşməsindən örnək götürə bilər."
Görünür Krımın Rusiyaya birləşməsi məsələsində aciz qalan ABŞ sözdə də olsa öz gücünü göstərmək niyyətindədir. Belə ki, amerikalı diplomat deyib: "ABŞ-ın ciddiliyi və qətiyyətinə kimsə şübhə etməməlidir. Biz öz müttəfiqlərimizin kənarındayıq və öhdəliklərimizə əməl edəcəyik."
Rasel həmçinin əlavə edib ki, rəsmi Pekin Krımın Rusiyaya birləşməsindən örnək götürüb müəyyən addımlar atarsa, bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək."
Comment