QR CodeQR Code

ABŞ Çinə xəbərdarlıq etdi

4 Apr 2014 19:02

IslamTimes - Amerika Birləşmiş Ştatları Çinə xəbərdarlıq edib ki, Cənubi Çin dənizində ərazi iddiaları ilə bağlı mübahisədə rəsmi Vaşinqton öz müttəfiqlərinin tərəfində olacaq.


"IslamTimes" "PressTV"yə istinadən xəbər verir ki, ABŞ xarici işlər nazirinin köməkçisi Daniel Rasel bildirib ki, Vaşinqton Asiyadakı müttəfiqləri qarşısındakı öhdəliklərinə əməl edəcək. O deyib: "ABŞ və onun müttəfiqləri narahatdır ki, Çin Krımın Rusiyaya birləşməsindən örnək götürə bilər."
Görünür Krımın Rusiyaya birləşməsi məsələsində aciz qalan ABŞ sözdə də olsa öz gücünü göstərmək niyyətindədir. Belə ki, amerikalı diplomat deyib: "ABŞ-ın ciddiliyi və qətiyyətinə kimsə şübhə etməməlidir. Biz öz müttəfiqlərimizin kənarındayıq və öhdəliklərimizə əməl edəcəyik."
Rasel həmçinin əlavə edib ki, rəsmi Pekin Krımın Rusiyaya birləşməsindən örnək götürüb müəyyən addımlar atarsa, bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək."


Story Code: 369147

News Link :
https://www.islamtimes.org/az/news/369147/abş-çinə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org