QR CodeQR Code

Mişel Aun: Hər bir ərəb Hizbullah müqavimət hərəkatı ilə qürur duyur

Islamtimes , 5 Apr 2014 22:36

Islamtimes - Livan beynəlxalq azadlıq hərəkatının lideri Mişel Aun deyib ki, Hizbullahın hərbi qanadı olan müqavimət hərəkatı dünyanın heç bir ordusunun edə bilməyəcəyi bəzi şeyləri etdi.


Livan beynəlxalq azadlıq hərəkatının lideri Mişel Aun Livanda və bölgədə baş verən hadisələrlə əlaqədar olaraq əl Meydan televiziyasına müsahibə verib.

Mişel Aun deyib: “Müqavimət dünyanın heç bir ordusunun edə bilməyəcəyi bəzi şeyləri etdi. Bu tarixi bir faktdır. Bütün livanlılar və ərəblər onunla qürur duyurlar.”

Prezident seçkilərində iştirak edib etməyəcəyi haqqında hələ qərara gəlmədiyini, ancaq əlverişli şərtlərin mövcud olacağı təqdirdə namizədliyini vermək haqqında ciddi düşünəcəyini bildirən Mişel Aun Livanın beynəxalq bütövlüyü onun üçün prezidentlikdən daha önəmli olduğunu deyib.

Prezidentliyə namizəd olacağı təqdirdə təşviqat kompaniyasında prioritet məsələ kimi tayfa münaqişələrinə qarşı mübarizə aparacağını bildirən Aun daha sonra namizəd olmayacağı təqdirdə isə Süleyman Faranciyenin namizədliyini dəstəkləcəyini bildirib.

Beynəlxalq Azadlıq Hərəkatının lideri Mişel Aun son zamanlar Hizbullah və müqavimət hərəkatı haqqında olan mübahisələrə toxunaraq bunları deyib: “Xalq müqavimətin arxasında olmasaydı, müqavimət mövcud ola bilməzdi. Müqavimət cənub Livan xalqının övladıdır. Müqavimət ordu ilə mübarizə aparsaydı var olmazdı, halbuki, hərkəs müqavimətə qarşı olan təhlükələrdən və müqavimətə duyulan ehtiyacdan xəbərdardır. Müqavimət dünyanın heç bir ordusunun etmədiyi şeyləri etdi. Bu tarixi bir faktdır. Bütün livanlılar və ərəblər onunla qürur duyur. ”


Story Code: 369618

News Link :
https://www.islamtimes.org/az/news/369618/mişel-aun-hər-bir-ərəb-hizbullah-müqavimət-hərəkatı-ilə-qürur-duyur

Islam Times
  https://www.islamtimes.org