QR CodeQR Code

Angela Merkel Rusiyanı iqtisadi sanksiyalarla təhdid edib

6 Apr 2014 10:23

IslamTimes - Almaniya kansleri Angela Merkel Ukraynanın ərazi bütövlüyü ilə bağlı vəziyyətin gərginləşdiriləcəyi təqdirdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiq oluna biləcəyini bəyan edib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Merkel çıxışı zamanı Avropa ölkələrinin Ukrayna böhranı məsələsində fərqli mövqelərinə toxunaraq Rusiyaya qarşı vahid mövqenin vacibliyini qeyd edib.  O Avropa tərəfdarlarının Rusiyaya qarşı birgə addım atacaqlarına əmin olduğunu bildirib.  
“Əgər Ukraynanın ərazi bütövlüyü  təkrar pozularsa, biz iqtisadi sanksiyalar tətbiq etməyə məcbur olacağıq. Qoy heç kimin buna şübhəsi olmasın.  Ukrayna böhranı məsələsində fərqli mövqelərin olmasına baxmayaraq, biz birləşmirik və birgə belə bir qərar verəcəyik”, deyə Merkel qeyd edib.
Kanslerin sözlərinə görə, qazın qiymətini qaldıraraq Moskva Kiyevə iqtisadi təzyiq edir. Bununla belə, Merkel əlavə edib ki, heç kim Rusiya ilə vəziyyətin müzakirələrinə son qoymaq niyyətdə deyil.  


Story Code: 369727

News Link :
https://www.islamtimes.org/az/news/369727/angela-merkel-rusiyanı-iqtisadi-sanksiyalarla-təhdid-edib

Islam Times
  https://www.islamtimes.org