0
Saturday 5 April 2014 - 16:09

Rusiya: Əsədin danışıqlardan əvvəl istefaya getməsi qəbul edilməzdir

Story Code : 369828
Rusiya: Əsədin danışıqlardan əvvəl istefaya getməsi qəbul edilməzdir
Rusiya: Əsədin danışıqlardan əvvəl istefaya getməsi qəbul edilməzdir
Rusiya xarici işlər naziri Serqey Lavrov cümə günü deyib ki, Cenevrə konfransının təşkili üçün Bəşər Əsədin hakimiyyətdən getməsi şərti qəbul edilməzdir və Suriya münaqişəsini həll etmək istəyənlər üçün əsas məsələ terrorizmə qarşı mübarizə aparmaq olmalıdır.

Lavrov bəyan edərək bildirib: “BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri terrorizmin bütün növlərini qəbuledilməz hesab edir. Hər hansı bir yer olursa-olsun orada terrorizm müdafiə edilə bilməz.”

Rusiya xarici işlər naziri həmçinin deyib ki, Qərb artıq Suriya hökumətinin ölkədə olan terrorizmdən yararlandığı kimi bəhanələri dilə gətirə bilməz. O həmçinin Qərbi xaricdən dəstək alan ekstremist üsyançıların Suriyada həyata keçirdiyi cinayətlərə göz yummaqda ittiham edib.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda insanları qətlə yetiriblər. Məlumata əsasən Qərbin dəstəklədiyi münaqişə nəticəsində 150 mindən çox insan həyatını itirib.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılara dəstək verirlər.
Source : Islamtimes
Comment