0
Saturday 5 April 2014 - 16:30

Siyasi analitik: ABŞ Ukraynada Suriya siyasətini həyata keçirir

Story Code : 369832
Siyasi analitik: ABŞ Ukraynada Suriya siyasətini həyata keçirir
Siyasi analitik: ABŞ Ukraynada Suriya siyasətini həyata keçirir
Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, ABŞ Ukraynada hökumət əleyhinə üsyançılara dəstək verməklə Suriyada yürütdüyü siyasəti orada tətbiq etməyə çalışır.

Cümə günü Press TV-yə müsahibə verən Vyaçeslav Matuzov deyib ki, ABŞ-ın yürütdüyü siyasət həm Suriya, həm də Ukraynada dövlət strukturlarının dağılmasına və zəifləməsinə səbəb olmuşdur.

O əlavə edərək deyib: “ABŞ Suriyada İslam adı ilə ekstremizmdən istifadə edir. Ukraynada isə onlar faşist və nasist adı altında ekstremistlərdən istifadə edirlər. Mən fikirləşirəm ki, onların metodu eynidir.”

Matuzov həmçinin qeyd edərək bildirib ki, Vaşinqton öz hədəflərini dünya ətrafında həyata keçirmək üçün hər hansı bir terror qrupu olursa olsun ona sığınacaq və dəstək verir.

Analitik bildirib ki, ABŞ kəşfiyyatı on illərdən bəridir ki, Ukraynada bütün anti-hökumət fəaliyyətlərə dəstək verir və qızışdırır.

Matuzov deyib ki, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə Assosativ Razılaşmanı imzalamaqdan boyun qaçırmaqla onlara “təslim olmağı” rədd etdikdən sonra Qərb onu aldatdı.

2013-cü ilin noyabr ayında Yanukoviç Rusiya ilə daha sıx münasibətlər qurmaq naminə Avropa Birliyi ilə Assosativ Razılaşmanı imzalamaqdan boyun qaçırdıqdan sonra Ukraynada siyasi gərginlik başladı.

18-19 Fevral gecəsində Kiev mərkəzində gedən küçə döyüşləri zamanı atılmış atəş yaralarından onlarla insan həlak oldu. 20 Fevral tarixində Kievin Müstəqillik Meydanında başlayan münaqişə nəticəsində də 60-dan çox insan qətlə yetirilmişdir.

Sonradan məlum oldu ki, həlak olanların əksəriyyəti snayperdən atılan atəş nəticəsində qətlə yetiriliblər.
Suriyada da eynilə 2011-ci ilin mart ayından etibarən ölkədə mövcud olan münaqişə nəticəsində 130 mindən çox insan qətlə yetirilib. O vaxtdan etibarən xaricdən dəstək alan üsyançılar prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşməyə davam edir.
Source : Islamtimes
Comment