0
Monday 13 September 2010 - 23:15

ABŞ-da partlayış nəticəsində 40 ev çöküb, onlarla insan yaralanıb

Story Code : 37029
ABŞ-da partlayış nəticəsində 40 ev çöküb, onlarla insan yaralanıb
ABŞ-da partlayış nəticəsində 40 ev çöküb, onlarla insan yaralanıb
Amerika Birləşmiş Ştatların San-Fransisko şəhəri yaxınlığında qaz kəmərində partlayış baş verib. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində 6 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Qaz kəmərinin əhalinin sıx yaşadığı ərazidən keçməsi xəsarət alanların sayının çox olmasına səbəb olub. Partlayış nəticəsində 40 ev çöküb, onlarla evə isə cüzi ziyan dəyib.
Partlayışın baş vermə səbəbini aydınlaşdırmaq üçün araşdırmalara başlanılıb. Yerli sakinlər partlayışdan əvvəl evlərində kəskin qaz qoxusu hiss etdiklərini bildiriblər. Qaz kəmərinin digər hissələrində hər hansı bir təhlükənin olub-olmadığını yoxlamaq üçün də tədbirlər görülür. Partlayışın baş verdiyi ərazi mühasirəyə alınıb. /anspress/
Comment