0
Monday 7 April 2014 - 00:19

Ekspertlər: Suriyadan geri qayıdan yaraqlılar Britaniya və Qərb üçün təhlükədirlər

Story Code : 370355
Ekspertlər: Suriyadan geri qayıdan yaraqlılar Britaniya və Qərb üçün təhlükədirlər
Ekspertlər: Suriyadan geri qayıdan yaraqlılar Britaniya və Qərb üçün təhlükədirlər
Britaniya parlamentinin terror ilə mübarizə komitəsinin dərc etdiyi bəyanatda ekspertlər Brtianiya torpaqlarında terror hücumunun qaçılmaz olması haqqında həyəcan siqnalı çalıblar.

Məlumatlara əsasən yüzlərlə britaniyalı Suriya hökumətini devrimək üçün fəaliyyət göstərən xaricdən dəstək alan terror qrupları ilə birgə döyüşürlər.

Hesabatda həmçinin deyilir ki, Suriyada mövcud olan xarici yaraqlılar orada döyüş təcrübəsi əldə etdikdən və ekstremistlər ilə sıx əməkdaşlıq etdikdən sonra öz vətənlərinə daha da radikallaşmış və Qərbə qarşı terror hücumları həyata keçirmək ruhunda qayıdacaqlar.

Keçən həftə Avropa Birliyinin terror ilə mübarizə kordinatoru Gilles de Kerçove Avropa ölkələrindən gələckdə baş verə biləcək terror hücumlarının qarşısını almaq üçün əməkdaşlıq etməyə səsləyib.

O xəbərdarlıq edərək Suriyadan qayıdan yaraqlıların yaratdığı təhlükənin həddi hüdudu olmadını bildirmiş və əlavə edərək demişdir ki, Avropa Birliyi ölkələrində terror ilə mübarizəyə nəzərdə tutulmuş milli büdcə azalmaqdadır. Ancaq bizim qarşılaşdığımız təhdid hələ də daha müxtəlif, qəliz və gözlənilməz bir şəraitdədir.

Britaniya müdafiə nazirliyinin keçən snetyabr ayında apardığı araşdırma nəticəsində məlum olub ki, Suriyada prezident Bəşər Əsəd hökumətinə və Suriya xalqına qarşı 100 min yaraqlı min qrup daxilində fəaliyyət göstərir.

Xaricdən dəstək alan təkfirçi qruplar keçən üç il ərzində Suriyada hökumət idarələrini və sadə vətəndaşları hədəfə alan yüzlərlə ölümcül hücum həyata keçirmişdilər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir.
Source : Islamtimes
Comment