0
Wednesday 9 April 2014 - 10:01

Homsu Suriya ordusuna təhvil verəcəyik

Story Code : 370865
Homsu Suriya ordusuna təhvil verəcəyik
"IslamTimes" "FarsNews"a istinadən xəbər verir ki, Homs şəhərində yerləşən silahlı qruplaşmalar bəyanat yayaraq digər terrorist qruplaşmaları köməyə çağırıb.
Bu silahlılar təkidlə bildirib ki, digər terrorçu qruplar onlara köməyə tələsməsə, əllərində olan torpaqları Suriya ordusuna geri qaytarmaq məcburiyyətində qalacaqlar.
Terroristlər bu bəyanatda bildirib: Suriya ordusu bizə silahı yerə qoyub təslim olmağı təklif edib. İki il mühasirədən sonra artıq çıxılmaz bir vəziyyətə düşmüşük. Həm hərbi təchizatlarımız, həm də azuqəmiz tükənir. Əgər 24 saat ərzində digər qruplar bizə yardım etməsə, 48 saat ərzində şəhəri Suriya ordusuna təhvil verəcəyik.
Comment