0
Tuesday 8 April 2014 - 11:18

NATO: Rusiyanın Ukraynaya müdaxiləsi tarixi səhvdir

Story Code : 370894
NATO: Rusiyanın Ukraynaya müdaxiləsi tarixi səhvdir
NATO: Rusiyanın Ukraynaya müdaxiləsi tarixi səhvdir
NATO rəhbəri çərşənbə axşamı günü Parisə səfəri zamanı təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib ki, Rusiyanın Ukraynaya qarşı münasibəti NATO ilə onun əməkdaşlığına böyük ziyanlar vuracaq və ölkənin beynəlxalq səviyyədə tədric edilməsinə səbəb olacaq.

Rasmussen daha sonra Moskvanı geri addım atmağa və şərqi Ukraynada vəziyyəti gərginləşdirməməyə səsləmişdir.

Rasmussen mümkün hərbi cavaba toxunaraq deyib: “Açıq-aşkar görünür ki, Ukrayna və onun sərhədlərində təhlükəsizlik vəziyyətinin gərginləşməsi ölkənin müdafiə planlarına yenidən baxmağa və kollektiv müdafiəni gücləndirməyin yolları haqqında müzakirələr aparmağa şərait yaradır.”

Bu xəbərdarlıq Rusiya yönümlü aktivistlərin bazar ertəsi günü Ukraynanın bir neçə şəhərində hökumət binalarını işğal etdikdən sonra gəldi.
Ukraynanın şərqində yerləşən Donetsk şəhərinin Rusiya yönümlü vətəndaşları Ukraynadan ayrılaraq müstəqil olduqlarını elan etdikdən sonra Xarkivdəki etirazçılar da həmçinin Kievdən ayrılaraq müstəqil olduqlarını elan etdilər.

Nümayişçilər Krım rəsmi olaraq Ukraynadan ayrıldığını və 16 mart tarixində keçirilən referendum ilə Rusiya Federasiyasına birləşdiyini elan etdikdən sonra özlərində cəsarət taparaq eyni addımı atdılar.

21 Mart tarixində Rusiya prezidenti Vladimir Putin rəsmi şəkildə Krımın Rusiyaya birləşdirilməsi haqqında qanun imzaladı və bu da öz növbəsində ABŞ və Avropa Birliyinin qəzəblənməsinə və nəticədə bir sıra rusiyalı rəsmilərə qarşı sanksiyalar tətbiq etməsinə səbəb oldu.
Source : Islamtimes
Comment