QR CodeQR Code

McCain: Ukrayna Rusiyadan özünü müdafiə etmək üçün ABŞ ordusuna ehtiyaclıdır

Islamtimes , 8 Apr 2014 11:31

İslamtimes - ABŞ-ın respublikaçı senatoru Con Makkeyn deyib ki, Ukraynanın yeni hökuməti Rusiyadan özünü müdafiə etmək üçün Vaşinqtonun hərbi yardımına ehtiyaclıdır.


Makkeyn bazar ertəsi günü yaydığı bəyanatda deyib: “Rusiyanın Ukraynaya qarşı daha çox zorakılq riski mövcud olduğu bir müddətdə Obama administrasiyasının Ukrayna hökumətinin hərbi yardım haqqında tələbinə cavab verməməsi böyük nöqsandır.”

O əlavə edərək deyib: “Hərbi yardım etməklə administrasiya dərk etməlidir ki, o növbəti münaqişlərin yaranma riskinin qarşısını alacaq. Faktiki olaraq əksi də ola bilər: Bu qərar Rusiya prezidenti Vladimir Putinə zəifliyinin növbəti işarəsi kimi gələcək və bu da öz növbəsində onun daha çox zorakılıq etməsinə səbəb olacaq.”

Bazar ertəsi günü ABŞ dövlət departamenti deyib ki, ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Serqey Lavrova Ukrayna münaqişəsi səbəbindən Moskvaya daha çox iqtisadi sanksiya tətbiq edəcəkləri haqqında məlumat verib.

Telefon danışığında Kerri Lavrova deyib ki, Vaşinqton Ukraynanın şərqində baş verən hadisələri böyük maraqla izləyir.
Dövlət departamentinin sözçüsü Cen Psaki deyib ki, Kerri Rusiyaya açıq şəkildə müraciət edərək Ukraynada separatçı və provakator fəaliyyətlərə son qoymasını tələb edib.

O deyib: “Dövlət katibi açıq şəkildə xəbərdarlıq edərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzü Moskvaya baha başa oturacaq.”
Ağ Ev həmçinin Rusiyanı Ukraynanın şərqinə müdaxilədə xəbərdar edib.

Ağ Ev sözçüsü Cey Karney deyib ki, əgər Rusiya Ukraynanın şərqinə hərəkət edərsə bu çox ciddi gərginliyə səbəb olacaq.

Xəbərdarlıqlar şərqi Ukraynada yerləşən Donetsk şəhərinin Rusiya yönümlü vətəndaşlarının Kievdən ayrılaraq müstəqillik elan etməsindən və Müstəqil Donetsk Xalq Respublikası yaratmasını elan etdikdən sonra gəldi.


Story Code: 370901

News Link :
https://www.islamtimes.org/az/news/370901/mccain-ukrayna-rusiyadan-özünü-müdafiə-etmək-üçün-abş-ordusuna-ehtiyaclıdır

Islam Times
  https://www.islamtimes.org