QR CodeQR Code

Ukrayna Türkiyəyə nüvə başlıqlı raket satdı?

Islamtimes , 9 Apr 2014 14:25

Islamtimes - Ukraynanın Rusiya müdafiə sisteminin onurğasını meydana gətirən bir ballistik raketin sxemlərini Türkiyəyə satdığı irəli sürüldü.


Rusiya Ukraynanın yeni rəhbərliyinin nüvə başlıqlı ballistik raket “Şeytan”ın sxemlərini Türkiyəyə və üçüncü ölkələrə satmaq üçün görüşlər keçirdiyini iddia etdi.
Ukrayna və Rusiya arasındakı gərginliyə raket böhranı da əlavə olundu. “Hürriyet”dən Nerdun Hacıoğlunun xəbərinə görə, Moskva Kievdəki Avropa tərəfdarı yeni rəhbərliyin Krımın Rusiyanın tərkibinə keçməsinin intiqamını almaq üçün Rusiya müdafiə sisteminin onurğa sütununu meydana gətirən bir ballistik raketin şəkillərini Türkiyə də daxil olmaqla üçüncü ölkələrə satmağa çalışdığını iddia etdi.
Rusiya Xarici İşlər Nazirliyi “Ukraynaya ciddi xəbərdarlıq” başlıqlı bir yazılı açıqlama yayaraq Kiev rəhbərliyini nüvə başlıqlı P- 36M2 “Voyevoda” raketlərinin texniki sxemlərini üçüncü ölkələrə satmağa çalışmaqla ittiham etdi. NATO tərəfindən “Şeytan” raketi olaraq adlandırılan P- 36M2 ballistik raketləri Ukraynada istehsal edilir. Rusiya “Şeytan” raketlərini nüvə müdafiə sisteminin ən əhəmiyyətli parçası olaraq görür. Ayrıla bilən bir çox nüvə başlıq daşıyan bu raket eyni zamanda ABŞ və NATO-nun qurmaqda olduğu raket qalxanına da dirənə bilən ən ciddi silah olaraq göstərilir.


Story Code: 370989

News Link :
https://www.islamtimes.org/az/news/370989/ukrayna-türkiyəyə-nüvə-başlıqlı-raket-satdı

Islam Times
  https://www.islamtimes.org