0
Thursday 10 April 2014 - 00:40

Ruhani: İran Qarabağ probleminə son qoymaq üçün kömək etməyə hazırdır

Story Code : 371236
Ruhani: İran Qarabağ probleminə son qoymaq üçün kömək etməyə hazırdır
Ruhani: İran Qarabağ probleminə son qoymaq üçün kömək etməyə hazırdır
Ruhani çərşənbə günü Tehranda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə təşkil etdiyi mətbuat konfransı zamanı deyib: “Biz Qarabağ məsələsi də daxil olmaqla regionda mövcud olan bütün problemlərin beynəlxalq konvensiyalar çərçivəsində ədalətli yolla həll edilməsinə bütövlükdə kömək etməyə hazırıq.”

İran prezidenti qeyd edərək bildirib ki, regionda hər hansı bir coğrafi sərhədlərin dəyişdirilməsi qəbul edilməzdir və biz hamımız mövcud olan problemləri siyasi və din yolla həll etməyə çalışmalıyıq.

Ruhani bəyan edərək bildirib ki, İran və qonşu Azərbaycan arasında mövcud olan dost münasibətlər həm hər iki xalqın, həm də regionun stabilliyinə yardım edəcək.

Ermənilər Dağlıq Qarabağ ərzisinin onlara məxsus olduğunu iddia edirlər.
Etnik erməni qüvvələri Azrəbaycan ilə Erməsintan arasında 1988-ci ilin fevral ayından 1994-cü ilin may ayına qədər davam edən altı illik müharibə zamanı 1990-cı illərdə Azərbaycan torpaqlarının 16 faizini işğal etdi.

1994-cü ildə hər iki tərəf atəşkəs haqqında razılığa gələnə qədər müharibə nəticəsində 30 min insan həlak oldu və bir milyondan çox insan isə öz yurdundan didərgin düşdü.
İran dəfələrlə məslənin həll edilməsində kömək etməyi təklif etmişdir.
Source : Islamtimes
Comment