QR CodeQR Code

Qurana hörmətsizlik sionizm iradəsi ilə həyata keçirilib

14 Sep 2010 22:23

IslamTimes - “11 sentyabr hadisəsi ilə əlaqədar bəzi amerikalı dinsiz və şeytanabənzərlər tərəfindən “Qurani-Kərim”in yandırılması insanlığa yaraşmayan şeytani bir hərəkətdir”.


APA-nın xəbərinə görə, bu sözlər İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin bəyanatında əksini tapıb. Bəyanatda bildirilir ki, bu əməl sionizmin iradəsi ilə hərəkət edən bir neçə dinsiz tərəfindən həyata keçirilib: “Onların bu əməlinə səbəb “Quran” məntiqinin, islamın insanpərvərliyinin və azadlıq fəlsəfəsinin qarşısında aciz qalmalarıdır. İranın Azərbaycandakı səfirliyi dost və qardaş Azərbaycanın müsəlman xalqı, eləcə də dünyanın milyardlarla pak nəfəsli müsəlmanları ilə birlikdə bu nalayiq hərəkəti pisləyərək etirazlara qoşulur. Bu hərəkət dünyada insanların islama qarşı hörmətsizliyinə səbəb ola, eləcə də islamın inkişafının qarşısını ala bilməz”.


Story Code: 37131

News Link :
https://www.islamtimes.org/az/news/37131/qurana-hörmətsizlik-sionizm-iradəsi-ilə-həyata-keçirilib

Islam Times
  https://www.islamtimes.org