0
Tuesday 14 September 2010 - 22:23

Qurana hörmətsizlik sionizm iradəsi ilə həyata keçirilib

Story Code : 37131
Qurana hörmətsizlik sionizm iradəsi ilə həyata keçirilib
Qurana hörmətsizlik sionizm iradəsi ilə həyata keçirilib
APA-nın xəbərinə görə, bu sözlər İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin bəyanatında əksini tapıb. Bəyanatda bildirilir ki, bu əməl sionizmin iradəsi ilə hərəkət edən bir neçə dinsiz tərəfindən həyata keçirilib: “Onların bu əməlinə səbəb “Quran” məntiqinin, islamın insanpərvərliyinin və azadlıq fəlsəfəsinin qarşısında aciz qalmalarıdır. İranın Azərbaycandakı səfirliyi dost və qardaş Azərbaycanın müsəlman xalqı, eləcə də dünyanın milyardlarla pak nəfəsli müsəlmanları ilə birlikdə bu nalayiq hərəkəti pisləyərək etirazlara qoşulur. Bu hərəkət dünyada insanların islama qarşı hörmətsizliyinə səbəb ola, eləcə də islamın inkişafının qarşısını ala bilməz”.
Comment