0
Friday 11 April 2014 - 11:04

Donetskdə rusiyameylli etirazçılar “xalq ordusu” yaratmağı qərara alıb

Story Code : 371656
Donetskdə rusiyameylli etirazçılar “xalq ordusu” yaratmağı qərara alıb
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 7-də elan olunan “Donetsk xalq respublikasının” liderlərindən biri olan Denis Puşilin keçirdiyi mətbuat konfransında bildirib.
“Biz bu gündən xalq ordusunun yaradıldığını və onun formalaşdırılmasına artıq başlandığını elan edirik”, deyə o qeyd edib. Onun sözlərinə görə, “ordu komandanı” İqor Kakidzyanov təyin olunacaq.
Puşilinin sözlərinə görə, ordu “Donetsk xalq respublikasının” xalqının və “respublikanın” ərazi bütövlüyünün mühafizəsinin təmin etmək üçün gərəkdir.
Comment