0
Thursday 10 April 2014 - 21:52

Klinton: Putin Böyük Rusiya imperiyası xülyasındadır

Story Code : 371922
Klinton: Putin Böyük Rusiya imperiyası xülyasındadır
Klinton: Putin Böyük Rusiya imperiyası xülyasındadır
Klinton çərşənbə axşamı günü Portlandda çıxışı zamanı deyib ki, Putinin gələcək üçün fikiri ölkəni keçmişə qaytarmaqdır, çünki o Sovet Birliyinin dağılmasından çox əziyyət çəkmişdir.

O əlavə edərək deyib: “Putin nəyin bahasına olursa olsun məqsədlərinə çatmağı qarşısına məqsəd qoyan kobud bir şəxsdir və o razı olmayan qədər irəliyə getməyə davam edəcək.”

O deyib: “Biz gərək dəfələrlə, təkrar-təkrar deyək ki, onun Krımda etdikləri qeyri qanunidir.”

2016-cı il prezident seçkilərinə mümkün namizəd daha əvvəl də Putini Krım məsələsi səbəbindən tənqid etmişdir.
Krım referendumdan sonra Rusiya Federasiyasına birləşdi. Demək olar ki, əhalinin 96 faizi Ukraynadan ayrılaraq Rusiyaya birləşməyə səs vermişdir.

ABŞ və onun qərbli müttəfiqləri Moskvanın Krım regionuna ordu qüvvələri yerləşdirməsindən sonra Rusiya ilə münasibətlər korlanıb.
O davam edərək bildirib: “Putin çox qərarlıdır, onu dayandırmaq çox çətindir.”

“O həmişə üstünlüklər axtarışındadır. Bu səbəbdən də o rahat şəkildə dayanan deyil. O hətta bu yolda hər kəsə zərər belə verə bilər. Mənim bu cür şəxslər ilə çox böyük təcrübəm var. Bu səbəbdən də mən onun hərəkətlərindən heç də təəccüblənməmişəm.”

2016-cı ildə keçiriləcək prezident seçkilərinə demokratların namizədi olacağı haqqında suala cavab olaraq Klinton bu fikiri rədd etmədiyini bildirib.

O deyib: “Mən bu haqda fikirləşirəm. Mən hələ ki, bir müddət bu haqda qərar qəbul etməyəcəyəm, çünki mən halhazırda öz həyatımdan zövq alıram.”
Source : İslamtimes
Comment