QR CodeQR Code

İsrail İrana qarşı casusluq etmək üçün kosmosa peyk buraxıb

İslamtimes , 10 Apr 2014 23:15

Islamtimes - İsrail İranın nüvə enerji proqramı və regionda mövcud olan anti İsrail müqavimət hərəkatlarına qarşı casusluq fəaliyyəti həyata keçirmək üçün kosmosa hərbi peyk buraxıb.


Tel Əviv rejimi çərşənbə günü elan edərək bildirib ki, o İsrail Hərbi Təyyarə Sənayesi tərəfindən istehsal edilən “Ofek-10” adlı hərbi casus peykini Tel Əvivin cənubunda yerləşən hərbi bazadan kosmosa buraxıb.

Bundan əvvəl isə 2010-cu ilin iyun ayında İsrail rejimi “Ofek - 9” adlı casus peykini buraxmışdır.

İsrail media agentliklərinin verdiyi məlumata əsasən İsrail casus peyki layihəsi amerikada mövcud olan İsrail lobbiq qruplarının əsas maliyyəçisi olan amerikalı sionist kazino sahibi və milyarder Şeldon Adelson tərəfindən maliyyələşdirilib.

Məlumtlarda həmçinin deyilir ki, Adelson casus peyk layihəsinə 16.4 milyon dollar dəyərində yardım edib.

Amerikalı milyarderin İsrailə verdiyi yardım rejimin ABŞ hökumətindən illik olaraq aldığı 3 milyard dollar yardımdan əlavə bir puldur və bu pullar da əsasən Amerika xalqından toplanan vergilər hesabına İsrail rejiminə ödənilir.

400-ə yaxın nüvə başlığına sahib olan İsrail heç bir beynəlxalq müfəttişlərin onun nüvə obyektlərini təftiş etməsinə icazə vermir və İsrail İranın dinc nüvə proqramına qarşı yalnış təbliğat aparan əsas ölkələrdən biridir.


Story Code: 371936

News Link :
https://www.islamtimes.org/az/news/371936/israil-irana-qarşı-casusluq-etmək-üçün-kosmosa-peyk-buraxıb

Islam Times
  https://www.islamtimes.org