0
Thursday 10 April 2014 - 23:20

Siyasi analitik: Qərb İrana qarşı bəhanələr yaratmağa davam edəcək

Story Code : 371938
Siyasi analitik: Qərb İrana qarşı bəhanələr yaratmağa davam edəcək
Siyasi analitik: Qərb İrana qarşı bəhanələr yaratmağa davam edəcək
Cümə axşamı günü Press TV-yə müsahibə verən siyasi analitik Finian Cunningham deyib: “Həqiqətən də Qərbin sonuncu nüvə razılaşmasının çərçivəsini dəyişmək cəhdləri tənqid edilməlidir və əgər onlar bunda təkid edərlərsə bu zaman İran danışıqlardan imtina etmək hüququndan istifadə edə bilər.”

Cunningham deyib ki, istənilən sonuncu razılaşma zamanı uranın zəngiləşdirilməsi və ölkənin nüvə fəaliyyətinə bağlı olan bütün mövcud obyektlər də daxil olmaqla İranın dinc nüvə texnalogiyası tanınmalıdır.

O deyib ki, İranın nüvə proqramını qanuni şəkildə davam etdirməsi haqqında verdiyi zəmanət müqabilində ABŞ və onun avropalı müttəfiqləri İslam Respublikasına qarşı olan bütün iqtisadi sanksiyaları aradan qaldırmalıdırlar.

O deyib: “Əgər Qərb dövlətləri, məxsusən də ABŞ, Britaniya və Fransa bu mühüm detallara hər hansı bir şərtlər daxil edərlərsə, bu zaman İran gərək son razılığın əldə edilməsi xatirinə bu şərtləri qəbul etməsin.”

Analitik həmçinin Avropa Birliyi Parlamentinin İranda insan hüquqlarının vəziyyəti haqqında son qətnaməyə istinad edərək deyib ki, amerikalı və avropalıların İran daxilində olan hökumətə düşmən öz əlaltılarının verdiyi məlumatlara dayanaraq insan hüquqları və terrorizm haqqında qətnamə qəbul etmək həqiqətən də gülünc və ədalətsizdir.

Cunningham deyib : “Əgər Qərb dövlətləri nüvə danışıqlarına aid olmayan məsələləri danışıqlara daxil etməyə davam edərlərsə bu zaman bu onların yalançı və düzəlməz pis niyyətlərindən xəbər verir. Bu vəziyyətdə İran 5+1 qrupu ilə danışıqlardan uzaqlaşmağa hazır olmalıdır.”
Source : İslamtimes
Comment