QR CodeQR Code

BMT nümayəndəsi: ABŞ-ın İraqa müharibəsi zamanı 65 milyard dollar oğurlanıb

İslamtimes , 11 Apr 2014 23:22

İslamtimes - BMT baş katibinin İraqdakı nümayəndəsi Nikolai Mladenov Beynəlxalq Valyuta Fondu tərəfindən sonucu dəfə aparılan araşdırmanın nəticələrinə istinad edərək deyib ki, 2001 və 2010-cu illər arasında İraqdan 65 milyard dollar dəyərində pul talanıb.


Bağdadda təşkil edilən Korrupsiya ilə Mübarizə Beynəlxalq Forumunda çıxış edən Mladenov İraq Maliyyə Nəzarət Ofisi tərəfindən drəc edilən statistik məlumatlara əsaslanaraq deyib ki, ABŞ-ın İraqda apardığı müharibə ərzində ölkədən ən azı 65 milyard dollar dəyərində pul talan edilmişdir.

Mladenov deyib ki, bütün dünyada olan rüşvətxor dövlət məmurları ölkələrin təbii sərvətlərini mənimsəyərək inkişaf etməkdə olan ölkələrin inkişaf etməsinin qarşısını almışdılar.

O həmçinin əlavə edərək deyib ki, beynəlxalq səviyyədə korrupsiya ilə mübarizə aparmaq BMT-yə üzv olan bütün dövlətlərdən bu məsələ haqqında olan beynəlxalq konvensiyalar ilə təmamilə razı olmağı tələb edir.

Bir neçə il keçdikdən sonra ABŞ və Britaniya ABŞ-ın İraqda apardığı müharibə haqqında araşdırma aparılmasına qarşı blok qoyur.

“The İndependent” qəzeti tərəfindən dərc edilən hesabat əsasən ABŞ prezidenti Barak Obama administrasiyası təkid ilə bildirirlər ki, İraq müharibəsi araşdırmasının müəyyən hissələri ictimaiyyətə təqdim edilə bilməz, çünki bu hissədə əsasən ABŞ-ın sabqi prezidenti Corc Buş və sabiq Britaniya baş naziri Toni Blair tərəfindən həyata keçirilmiş müharibə öncəsi təxribatlar haqqında fəaliyyətlər yer alır.

2003-cü il 19 mart tarixində ABŞ qüvvələri İraqın devrilmiş diktatoru Səddam Hüseyn rejiminə aid olan Kimyəvi Qırğın Silahlarının məhv edilməsi bəhanəsi ilə İraqı işğal etdilər. Ancaq o vaxtdan bəri hələ də İraqda heç bir kimyəvi qırğın silahları aşkar edilməyib.

ABŞ-ın İraqı işğalı nəticəsində yüz minlərlə insan həlak olmuş və İraq infrastrukturu dağıdılmışdır.


Story Code: 371942

News Link :
https://www.islamtimes.org/az/news/371942/bmt-nümayəndəsi-abş-ın-iraqa-müharibəsi-zamanı-65-milyard-dollar-oğurlanıb

Islam Times
  https://www.islamtimes.org