0
Friday 11 April 2014 - 23:34

Analitik: NATO rəhbəri Rusiyaya qarşı müharibə ilə təlimatlandırılıb

Story Code : 371946
Analitik: NATO rəhbəri Rusiyaya qarşı müharibə ilə təlimatlandırılıb
Analitik: NATO rəhbəri Rusiyaya qarşı müharibə ilə təlimatlandırılıb
Siyasi analitik Finian Cunningham Press TV-yə verdiyi müsahibədə Rasmussenin Krımın Ukraynadan ayrılmasından sonra Rusiyaya qarşı yeni təhdidlər etməsinə toxunmuş və demişdir: “Rasmussen Vaşinqtonun maraqlarına xidmət edən muzdur əsgərdən baş heç kəs deyil.”

Cunningham deyib: “O vəzifəsi NATO qanunlarının bəyan etdiyi kimi Avropanı müdafiə etmək deyil. Onun vəzifəsi təhlükəni yaymaq və əgər lazım olarsa Vaşinqtonun marağı olan Rusiya və Avropanı bir birindən uzaq saxlamaq üçün müharibə etməkdir.”

O deyib ki, Rasmussen ABŞ razı salmaq naminə Avropa və Rusiya arasında müharibə yaratmaq məqsədi ilə yalan təbliğat kompaniyası aparır.
O deyib: “Muzdur əsgərin həyatı bundan ibarətdir. Ağasının çaldığı havaya oynamaq.”

Analitik əlavə edərək deyib ki, Ukrayna münaqişəsi fevral ayında ABŞ və Avropa Birliyinin ölkədə həyata keçirdikləri təxribat nəticəsində baş verdi.

O deyib: “Bu təxribat şərqi Ukraynada mövcud olan etnik rusları açıq şəkildə təhdid edən faşist əqidəli qüvvələri hakimiyyətə gətirdi.”

Cunningham deyib: “Rasmussen kimi avropalı muzdurlar sayəsində Avropa halhazırda Moskva ilə qondarma münaqişə içərisindədir.”

Qərb dövlətlərinin Rusiyaya qarşı təziqləri artırdığı bir dövrdə Ukrayna münaqişə səbəbindən Moskva ilə Qərb arasında gərginlik artıb.
Source : İslamtimes
Comment