QR CodeQR Code

İsrail “Mavi Mərmərə”nin kapitanını dindirmək istəyir

15 Sep 2010 16:35

IslamTimes - Türkel komissiyası ilə "Mossad" arasında böhran yaşanır


Qəzzaya yardım gəmilərinə mayın sonunda edilən hücumu araşdırmaq üçün yaradılan İsrail komissiyası “Mavi Mərmərə” gəmisinin kapitanının ifadəsini almaq istəyir.
İsrail mətbuatında yer alan məlumatlara görə, daha öncə baş nazir Netanyahu, müdafiə naziri Barak və ordu rəhbəri Eşkenazinin ifadəsini alan Yakob Türkel rəhbərliyindəki komissiya türk tərəfinin şahidlərini də dinləmək niyyətindədir.
Komissiya kapitanın ifadəsini almaq üçün Təl-Əvivdəki Türkiyə səfirliyinə müraciət edib.
"Mavi Mərmərə"nin kapitanı bu tələbi qəbul edərsə, komissiya tərəfindən ifadəsi alınan ilk xarici şəxs olacaq.
Bu arada İsrail daxilində Türkel komissiyası ilə "Mossad" arasında ifadə böhranı yaşanır. Komissiya həm "Mossad"dan gəmini durdurma səyinə dair məlumat və sənədləri tələb edir, həm də "Mossad" rəhbəri Meir Daqanın ifadə verməsini tələb edir.
"Mossad" isə bununla bağlı dəfələrlə edilən yazılı və şifahi çağırışlara cavab vermir. Böhrana müdaxilə edən Nazirlər Kabineti "Mossad"a komissiyanın tələblərini yerinə yetirməsi haqda təlimat verib.
Sənəd və məlumatların komissiyaya təslim ediləcəyini də baş nazirin ofisi açıqlayıb.


Story Code: 37223

News Link :
https://www.islamtimes.org/az/news/37223/israil-mavi-mərmərə-nin-kapitanını-dindirmək-istəyir

Islam Times
  https://www.islamtimes.org