0
Sunday 13 April 2014 - 07:26

İranın Sərhəd Qoşunları təlimlərə başlayır

Story Code : 372308
İranın Sərhəd Qoşunları təlimlərə başlayır
Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari bu gün keçirdiyi mətbuat konfransında deyib.
H.Zülfüqari bildirib ki, təlimlərdə Sərhəd Qoşunlarının 4 min qüvvəsi iştirak edəcək. Təlimlərə İran SQ-nin güllə keçirməyən avtomobilləri, kameralarla təchiz olunmuş pilotsuz təyyarələri və digər texnikalar cəlb olunacaq.
Təlimlərin keçirilməsindən məqsəd Sərhəd Qoşunlarının terrorizm, narkotik, silah və mal qaçaqmalçılığı sahəsində mübarizədə gücünün artırılmasıdır.
Təlimlər zamanı Sərhəd Qoşunlarının sərhədin təhlükəsizliyinin təmini üçün digər qüvvələrlə necə koordinasiya olunması üzrə də məşqlər keçiriləcək.
Comment