0
Sunday 13 April 2014 - 16:41

“Time” jurnalı Gül və Ərdoğan üçün hansı ifadələri istifadə etdi?

Story Code : 372423
“Time” jurnalı Gül və Ərdoğan üçün hansı ifadələri istifadə etdi?
“Time” jurnalı Gül və Ərdoğan üçün hansı ifadələri istifadə etdi?
“Time” jurnalı hər il hazırladığı “Ən önəmli 100 ad” siyahısında yer alacaq adları müəyyən etmək üçün oxucu səsverməsi başladıldı. Siyahıda oxucuların səsverməsi üçün nəşr olunan ön siyahıda yerləşdirilən Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Tayyib Ərdoğan mübahisəli ifadələrlə tanıdıldı. “Time” jurnalı siyahıda Baş nazir Ərdoğanı “Türkiyənin avtoritar baş naziri” olaraq adlandırarkən prezident Gülü “Baş nazir Ərdoğana alternativ” sözləri ilə oxucularına tanıtdı.
“Time” jurnalı səsvermədə təqdim edilən hər bir ad üçün nəşr etdiyi qısa təqdimat yazısında Baş nazir Ərdoğanı “Türkiyənin avtoritar Baş naziri hökumət əleyhdarı mitinqlərin və korrupsiya skandalının öhdəsindən gələrək seçkilərdə böyük bir müvəffəqiyyət əldə etdi” ifadələrinə yer verdi.
Siyahıda prezidenti Abdullah Gül isə “Baş nazir Rəcəb Tayyib Ərdoğana alternativ olaraq görülən Gül partiyaya sədaqəti ilə Ərdoğanın avtoritar xəttinə qarşı tarazlıq yaratmaq mövzusunda yaxşı bir xətt izləyir” ifadələri ilə tanıdıldı.

Siyahıda Türkiyədən yalnız iki ad var
“Time” jurnalının 1999-cu ildən bəri nəşr etdiyi “Ən önəmli 100 ad” siyahısı ABŞ siyasəti, dünya siyasəti, iş dünyası & texnologiya, mədəniyyət & moda, film & TV, musiqi, media və idman alt başlıqlarından ibarətdir. Prezidenti Abdullah Gül və Baş nazir Tayyib Ərdoğanın iştirak etdiyi dünya siyasəti alt başlığında Suriya prezidenti Bəşər Əsəd, Misirdə çevriliş təşkil etmiş general Abdul Fəttah Əl - Sisi, Papa Francis, Uruqvay Dövlət Başçısı Jose Mujica və sabiq CIA işçisi Edward Snow kimi adlar da var.
Source : İslamtimes
Comment