0
Thursday 16 September 2010 - 05:17

Azərbaycanda ABŞ, İsrail və Böyük Britaniyanın bayraqları yandırılıb

Story Code : 37244
Azərbaycanda ABŞ, İsrail və Böyük Britaniyanın bayraqları yandırılıb
Azərbaycanda ABŞ, İsrail və Böyük Britaniyanın bayraqları yandırılıb
APA-nın xəbərinə görə, kənd sakini Hacı Əli Hüseynov dünyada sionizmin təhriki ilə İslam dininə qarşı kampaniya aparıldığını deyib. O bildirib ki, ABŞ demokratiya pərdəsi altında bəşəriyyətə qarşı cinayətlərinin sayını artırıb.
Nardaran kənd məscidinin Axundu Hacı Nuhbala isə qeyd edib ki, “Quran”ın cırılması müsəlmanları tapdalamaq deməkdir. O, dünya müsəlmanlarını ABŞ-a və beynəlxalq sionizmə qarşı mübarizəyə çağırıb: “Bütün bunlar onu göstərdi ki, müsəlmanın müsəlmandan başqa dostu yoxdur”.
Aksiyada “ABŞ-a ölüm!”, “İsrailə və onun müttəfiqlərinə ölüm!”, “Quran”ı yandıranlarla, onun yandırılmasına fitva verənlərə ölüm!”, “Xəyanət, xəyanət, Salman Rüşdiyyə lənət!“, “Ağ Ev dağılsın!”, ““Hizbullah” oyaqdır, “Qurani-Kərim”ə dayaqdır!” şüarları səsləndirilib.
Sonda İsrail, Böyük Britaniya, ABŞ bayraqları yandırılıb.
Comment