0
Thursday 16 September 2010 - 08:41

ABŞ-da ən mühüm xarici dil ərəb və fars dilləridir

Story Code : 37250
ABŞ-da ən mühüm xarici dil ərəb və fars dilləridir
ABŞ-da ən mühüm xarici dil ərəb və fars dilləridir
Bu barədə APA voanews.com-a istinadən bildirir. Vaşinqtonda yerləşən Yaxın Şərq Institutu fars, ərəb, dari … dillərində fərdi dərslər təşkil edir. Yaxın Şərq Institutu son bir neçə il ərzində şərq dillərinə marağın 3 dəfə artdığını bildirir.
Müasir Dillər Assosiasiyasının bildirdiyinə görə, ərəb və fars dilləri öyrənmək istəyənlərin sayı əvvəllər az olsa da indi bu göstərici artmağa başlayıb. 2002-2006-cı illər ərzində ərəb dili siniflərinə müraciət edənlərin sayı 125, fars dilinə isə 75 faiz artıb. Həmin müddət ərzində digər dil kurslarına 13 faizdən az insan yazılıb.
Şərq dillərinə maraq nəyə görə artıb? İnternet iş provayderləri bu suala belə cavab verir: “ABŞ-da ərəb və fars dili bilənlər üçün iş yerləri artıb. Beyin mərkəzləri, məsləhət firmaları, federal hökumət və orduda tərcüməçi və ya kəşfiyyat analitikləri kimi yerlər dil tələb edir”.
Amerikada Çin, hindi kimi dillərlə yanaşı hökumət məhz ərəb və fars dilinin əhəmiyyətini xüsusi qeyd edir. 2008-ci ildə məktəblər və kolleclərdə xarici dil kursları iki dəfə artırılıb. 2008-ci ilin məlumat bazasına əsasən, ərəb və fars dillərində ali təhsil alan insanların sayı cəmi 13 nəfər idi.
Comment