QR CodeQR Code

Barak Obama Avropada dəstəyini itirir

16 Sep 2010 16:51

IslamTimes - Avropada ABŞ prezidentinin nüfuzu gözə çarpacaq dərəcədə azalıb


Son rəy sorğularına görə, ABŞ prezidenti Barak Obama populyarlığının hələ də yüksək olmasına baxmayaraq, Avropada dəstəyini itirir. Bu barədə APA voanews.com-a istinadən bildirir. Transatlantik Tredsin keçirdiyi sorğunun nəticələri göstərib ki, Obamanın 2009-cu ildə reytinqi 83 faiz idisə, hazırda bu göstərici 78 faizə enib. Amerikanın Almaniya Marşal Fondunun Amerika, Türkiyə və Avropa İttifaqına üzv 11 ölkədə 1000 respondent arasında keçirdiyi sorğuya görə, prezident Obamanın İran və Əfqanıstan siyasəti 50 faiz dəstək əldə edib.


Story Code: 37296

News Link :
https://www.islamtimes.org/az/news/37296/barak-obama-avropada-dəstəyini-itirir

Islam Times
  https://www.islamtimes.org