QR CodeQR Code

Qants: İsrail Livan və Qəzzaya qarşı müharibəyə hazırlaşır

İslamtimes , 14 Apr 2014 14:06

İslamtimes - İsrail ordu rəhbəri Benni Qants deyib ki, Tel Əviv gələcəkdə Livan və Qəzza Zolağına qarşı təşkil ediləcək müharibəyə hazırlaşır.


Qants bu açıqlamanı həftəsonu İsrail mediasına verdiyi müsahibə zamanı edib.
O deyib ki, Livan müqavimət hərəkatı Hizbullah ilə mümkün qarşılaşma zamanı yerüstü hücum çox mühümdür.

İsrail keçən on illiklər ərzində Livana dəfələrlə hücum edib. 2006-cı il İsrailin Livana qarşı təşkil etdiyi müharibə zamanı əksəriyyəti dinc vətəndaş olan təxminən 1200 insan həlak olmuşdur.

2006-cı il 33 günlük müharibə zamanı Hizbullah qüvvələri İsrail qüvvələrini məğlub etmiş və Tel Əviv öz hədəflərindən heç birinə nail olmadan geri çəkilməyə məcbur qalmışdır.

2012-ci ilin avqust ayında Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah deyib ki, Hizbullahın Livanın müdafiə etmək üçün həm cəsarəti, həm də qabiliyyəti var və Tel Əvivin Livana hücum edəcəyi təqdirdə hərəkatın raketləri İsrail daxilində olan hədəfləri vurmağa hazırdır.

Qants əlavə edərək deyib: “İsrail ordusu Suriya və mühasirə şəraitində olan Qəzza Zolağında hər bir mümkün ssenariyə qarşı hazırlaşır.”

İsrail ordusu tez-tez blokada nəticəsində dünyadan demək olar ki, təmamilə tədric edilmiş mühasirə şəraitində olan Qəzzaya hücumlar təşkil edir.

2012-ci ildə İsrailin Qəzzaya zorakılığına son qoyan sülh müqaviləsinin əldə edilməsinə baxmayaraq İsrail Qəzzaya hücumları davam edir.

İsrailin Qəzza Zolağına səkkiz günlük təcavüzü nəticəsində 160-dan çox fələstinli həlak olmuş və 1200 nəfər isə yaralanmışdır.


Story Code: 373057

News Link :
https://www.islamtimes.org/az/news/373057/qants-israil-livan-və-qəzzaya-qarşı-müharibəyə-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org