0
Wednesday 16 April 2014 - 00:20

Nigeriyada terrorçular məktəbə hücum edərək 100-dən məktəbli qızı girov götürüblər

Story Code : 373306
Nigeriyada terrorçular məktəbə hücum edərək 100-dən məktəbli qızı girov götürüblər
Nigeriyanın şimalında “Boko Haram” radikal dini qruplaşmasının üzvləri məktəbə hücum edərək 100-dən məktəbli qızı girov götürüblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün Borno ştatında baş verib. Məlumata görə, təhsil müəssisəsi Nigeriya hərbçiləri tərəfindən mühafizə olunmasına baxmayaraq, silahlılar məktəbin binasına daxil ola bilib və qızları girov götürərək naməlum istiqamətə aparıb.   
Girov götürülənlərin dəqiq sayı məlum deyil. Bəzi KİV-lər məktəblilərin valideynlərinə istinadən 200-dək məktəblinin girov götürüldüyünü iddia edirlər. 
Comment