QR CodeQR Code

ABŞ-ın iki “Əbu Qureyb” həbsxanası var!

17 Sep 2010 08:44

IslamTimes - Amerikanın Əfqanıstanda da "Əbu Qureyb"i varmış


Əfqanıstanda xidmət edən danimarkalı əsgərin çəkdiyi fotoşəkilləri nəzərdən keçirən Danimarkanın Müdafiə naziri Gitl Lillelund-Beç buradakı işkəncələrin İraqın “Əbu Qureyb” həbsxanasındakı işkəncələrlə bənzərlik təşkil etdiyini deyib. Bundan sonar ABŞ əsgərlərinin İraqın "Əbu Qureyb" həbsxanasında etdiyi işkəncələrin bənzərinin Əfqanıstanda da həyata keçirildiyi məlum olub.
Məlumata görə, Danimarka hökumətinin hadisəni araşdırdığı bir vaxtda ölkə müxalifəti danimarkalı əsgərlərin işkəncə faktlarında iştirak edib-etməmələrinin ən qısa müddət ərzində ortaya çıxarılmasını tələb edib. Nəzərinizə çatdıraq ki, hazırda Danimarka gündəmini məşğul edən fotoşəkilləri 2002-ci ildə Əfqanıstanın Qəndəhar bölgəsində xidmət edən əsgərlərdən biri çəkib. /Faktxeber/


Story Code: 37333

News Link :
https://www.islamtimes.org/az/news/37333/abş-ın-iki-əbu-qureyb-həbsxanası-var

Islam Times
  https://www.islamtimes.org