QR CodeQR Code

Rusiya NATO-ya xəbərdarlıq etdi

17 Sep 2010 09:08

IslamTimes - Sergey Lavrov: “Hər iki ölkə məsələnin BMT tərəfindən həll edilməsini istəyir. NATO bu məsələyə qarışmamalıdır.”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya ilə Kanada mübahisəli Arktika ərazisinin yurisdiksiyası üzərində iddialarını davam etdirməkdədirlər.
APA-nın verdiyi xəbər görə, bu açıqlama Lavrovun kanadalı həmkarı Lorens Kənnon ilə Moskvada görüşündən sonraya təsadüf edib.
Kanada ilə Rusiya Arktik Okeanında sualtı dağ silsiləsinə iddialıdırlar.
Onlar deyirlər ki, Lomonosov dağ zirvəsinin özlərinin kontinental şelfinin davamı olduğuna dair elmi dəlilə malikdirlər.
Odur ki, bu səbəbdən hər biri buranın öz ərazisinin bir hissəsi olduğunu iddia edir.
Regiona nəzarəti əldə edən həm də suyun dibindəki qaz və neftə nəzarət edəcək.
Cənab Lavrov bildirib ki, indi hər iki ölkə məsələnin BMT tərəfindən həll edilməsini istəyir. O xəbərdarlıq edib ki, NATO məsələyə qarışmamalıdır.


Story Code: 37335

News Link :
https://www.islamtimes.org/az/news/37335/rusiya-nato-ya-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org