QR CodeQR Code

Rusiya AB-nin düşməni yox, tərəfdaşı olmalıdır

17 Apr 2014 06:49

IslamTimes - İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo tərəfləri dialoqa səsləyib.


ANS PRESS-in məlumatına görə, nazir Rusiya və AB-ni beynəlxalq hüquqlara hörmətlə yanaşmağa çağırıb. Bu barədə İspaniyanın EFE agentliyi məlumat verib.
İspaniya xarici işlər idarəsinin rəhbəri qeyd edib ki, Rusiya AB-nin düşməni yox, tərəfdaşı olmalıdır. Bu bəyanatlar AB-nin 6 ölkəsinin xarici işlər nazirlərinin İspaniyanın Alikante şəhərində baş tutan görüşündə miqrasiya məsələlərinin müzakirəsi zamanı səsləndirilib.
Qarsiya-Marqalyo həmdə Rusiyanı beynəlxalq hüquqlara hörmət etməyə çağırıb. O, Ukraynadakı vəziyyət haqqında narahatlığını da bildirib.


Story Code: 373723

News Link :
https://www.islamtimes.org/az/news/373723/rusiya-ab-nin-düşməni-yox-tərəfdaşı-olmalıdır

Islam Times
  https://www.islamtimes.org