QR CodeQR Code

İran regionda sülh istəyir

18 Sep 2010 07:05

IslamTimes - Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İranda ikigünlük səfərdə olub.


Səfər zamanı gözlənildiyi kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət də müzakirə edilib. İranın “Fars” agentliyinin xəbərinə görə, Nalbəndyanla bu ölkənin xarici işlər naziri Manuçöhr Möttəki arasında danışıqlar zamanı tərəflər münaqişənin nizamlanmasına dair danışıqların gedişi barədə fikir mübadiləsi aparıblar. Möttəki görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, İran əvvəlki kimi münaqişənin nizamlanması üçün tərəflərə öz köməyini təklif edir:
“İranın mövqeyi belədir ki, münaqişə tərəflərin ciddi siyasi iradə nümayiş etdirməsi şəraitində sakit yanaşma ilə həll edilməlidir. Biz regionda sülhün əldə olunmasında maraqlıyıq”. /HaqqYolu/


Story Code: 37382

News Link :
https://www.islamtimes.org/az/news/37382/iran-regionda-sülh-istəyir

Islam Times
  https://www.islamtimes.org