0
Friday 18 April 2014 - 10:26

Obama Rusiyaya inanmır – Açıqlama

Story Code : 374087
Obama Rusiyaya inanmır – Açıqlama
AzNews.az-ın xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama deyib.
Cenevrədə ABŞ, Avropa İttifaqı, Rusiya və Ukrayna arasında müzakirələrdən sonra Vaşinqtonda çıxışı zamanı Ukraynadakı gərginliyin həlli istiqamətində aparılan danışıqları dəyərləndirən B. Obama bildirib ki, bundan sonra bütün məsuliyyət Rusiyanın üzərinə düşür: “Burada sual odur ki, bütün bu razılaşmalardan sonra Ukraynadakı gərginliyin aradan qaldırılması üçün Rusiya öz üzərinə düşəni edəcəkmi?”.
Obama əlavə edib ki, buna baxmayaraq, müttəfiq ölkələrlə Rusiyaya qarşı növbəti sanksiyalar haqda müzakirələr aparılır. Onun sözlərinə görə, problemin həllində irəliləyiş olmadığı təqdirdə əlavə sanksiyaların tətbiqinə start veriləcək: “Rusiyanın son davranışları bizdə ona qarşı şübhəli yanaşmağa vadar edir. Bu təəssüfedicidir”.
Xatırladaq ki, ötən gün Cenevrədə Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar keçirilib. Danışıqlarda Rusiyanı Sergey Lavrov, ABŞ-ı Con Kerri, AB-ni – Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton, Ukraynanı isə XİN rəhbəri səlahiyyətlərini icra edən Andrey Deşitsa təmsil edib. Danışıqların yekunu olaraq ilkin razılaşma əldə olunub və bəyanat qəbul edilib.
Comment