QR CodeQR Code

ABŞ bir daha diktatorluğunu sübuta yetirdi

19 Apr 2014 12:43

IslamTimes - ABŞ prezidenti Barak Obama İranın BMT-dəki yeni səfirinin ölkəyə buraxılmamasını nəzərdə tutan qanun layihəsini imzalayıb.


APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, layihəyə əsasən, terrorçu kimi ifşa edilmiş  şəxslərin ABŞ ərazisinə daxil olub Nyu-Yorkda yerləşən BMT-da xidmət göstərməsi qadağan olunur.
Xatırladaq ki, İranın BMT daimi nümayəndəliyinin rəhbəri təyin edilmiş Həmid Əbutalibinin  1979-cu ildə Tehrandakı ABŞ səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupunun iştirakçısı olduğu iddia edilir.
H.Abutalibi ona qarşı irəli sürülən ittihamları təkzib edib, həmin hadisələr zamanı sadəcə tərcüməçi işlədiyini bildirib.  İran qərarın beynəlxalq qanunlara zidd olduğunu və digər şəxsi təyin etməyəcəyini bəyan edib.


Story Code: 374409

News Link :
https://www.islamtimes.org/az/news/374409/abş-bir-daha-diktatorluğunu-sübuta-yetirdi

Islam Times
  https://www.islamtimes.org